Bank Respublika və INNOLAND ölkədə ilk dəfə olaraq Açıq API layihəsinə qeydiyyata başlayır

İQTİSADİYYAT
10:57 11.09.2019
2761
Bank Respublika və  Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün "Open Banking Lab” layihəsinə qeydiyyata başlayır:

İnkubasiya proqramında iştirak meyarları aşağıdakı kimidir:

- Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.

- Layihəniz startap konsepsiyasına uyğun olmalıdır.

- Komanda üzvlərindən ən azı 1 nəfər inkubasiya proqramında daimi iştirak etməlidir. İnkubasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dilini bilməlidir. Qalan komanda üvzlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək.

- Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.

- Hər bir layihənin təqdimatı hazır olmalıdır.

- İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdır.

Layihədə iştirak etmək istəyənlər 04 oktyabr 2019-cu il tarixinə kimi aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər:


İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq "Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.

16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:48 02.07.2020

Vilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yalan məlumatlar yayılır”

10:44 02.07.2020

Lerikdə maşın dərəyə yuvarlanıb: Ölənlər və yaralananlar var

10:36 02.07.2020

YAP rayon təşkilatının sədri icra başçısının müavini təyin olundu

10:28 02.07.2020

Ziya Məmmədovun qardaşı oğlu içkili maşın sürdü, polis saxladı

10:20 02.07.2020

İlham Əliyevdən Azərbaycan Polisi Günü ilə bağlı paylaşım - FOTO

10:14 02.07.2020

Bakıda 29 yaşlı iş qadını ürəktutmadan öldü

01:19 02.07.2020

Azərbaycan Polisinin yaranmasından 102 il ötür

01:15 02.07.2020

Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi

23:46 01.07.2020

Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub

23:19 01.07.2020

Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

22:51 01.07.2020

Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini ötdü

22:24 01.07.2020

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib - FOTO

21:58 01.07.2020

Azərbaycanda 202 xəstə süni tənəffüs cihazına qoşulub

21:42 01.07.2020

Evdə müalicə alan koronavirus xəstəsi mağazaya getdi, cinayət işi açıldı - VİDEO

21:19 01.07.2020

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

20:42 01.07.2020

Baş Nazirdən sərt karantin tətbiq edilməyən rayonların başçılarının qarşısında yeni tələb - FOTO