Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!

Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!
İQTİSADİYYAT
15:26 01.06.2020
809
Azərbaycan Beynəlxalq Bankı sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb.

Belə ki, sahibkarlar 30 sentyabra qədər Azərbaycan Beynəlxalq Bankının POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm Azərbaycan Beynəlxalq Bankının POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir.

Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən Azərbaycan Beynəlxalq Bankında hesab aça, qısa müddətdə öz elektron ticarət sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. IBA Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar "Asan İmza”ya sahib olmalıdır.

Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərində 50% endirimlə apara bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi