Sabah Beynəlxalq Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günüdür. Bu münasibətlə Baş katibi BMT-nin baş katibi Pan Gi Mun bəyanat yayıb. Bəyanat BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan Ofisindən AZXEBER.COM-a göndərilən bəyanatı təqdim edirik. "Faşistlər və onların müttəfiqləri tərəfindən edilmiş təqiblərin qurbanı olan 1.5 milyon yəhudi uşaq Holokost nəticəsində həlak olmuşlar.
Holokostda on minlərlə digər uşaq da qətlə yetirilmişdir. Bu siyahıya əlilliyi olan uşaqlarla yanaşı, Roma və Sinti xalqlarının nümayəndələri daxildir.
Onlar qəzəb dolu bir ideologiyanın qurbanı idilər. Bu ideologiya onları “aşağı səviyyəli” insanlar kateqoriyasına daxil etmişdir.
Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq anma gününün bu ilki mövzusu uşaqlara – bu dəhşət və zülmlərlə üzləşmiş qız və oğlan uşaqlarına həsr edilir.
Müharibə nəticəsində onların çoxu yetim qalmış və ya ailələrindən uzaq düşmüşlər.
Onların çoxu aclıqdan, xəstəlikdən və ya onlara edilmiş zülmlərdən həyatlarını itirdilər.
Bu uşaqların dünyamıza nə kimi töhfələr verə biləcəyini biz heç vaxt bilməyəcəyik.
Xilas olanların əksəriyyəti isə öz hekayələrini danışmaq iqtidarında deyildilər.
Bu gün biz o insanların səslərini ucaltmalarını istəyirik.
Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatı Holokostun bəşəri dərslərini bütün xalqlara çatdırmaqda davam edir.
Məhz buna görə də biz hər gün və hər yerdə uşaq hüquqlarını təbliğ edir və onların ümidlərini reallaşdırmaq üçün çalışırıq.
Məhz buna görə də biz bu il 100 yaşını qeyd etdiyimiz Raul Uolenberq kimi humanist insanların simasında cəsarət almağa davam edirik.
Bu gün Holokost zamanı həyatlarını itirmiş gəncləri və yaşlıları xatırlayaraq, mən bütün xalqları irqindən, rəngindən, cinsindən və ya dini etiqadından asılı olmayaraq köməyə ehtiyacı olan hər kəsi qorumağa çağırıram.
Bəşəriyyətin ən gərgin məqamlarında ən çox köməyə ehtiyacı olan məhz uşaqlardır.
Biz uşaqları dünyanın ən yaxşı nemətləri ilə təmin etməliyik".