Mönhenqladbax "Borussiya"sı baş məşqçi Ogen Polanskini istefaya göndərib.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb .
Qərar Bundesliqanın üçüncü turunda "Frayburq"a məğlubiyyətdən sonra verilib . "Borussiya" hazırda turnir cədvəlində sonuncu yerdədir. Yan-Moritz Lixte müvəqqəti baş məşqçi kimi çalışacaq.
Polanski komandanı 2025-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında "Borussiya" ötən mövsümü 12-ci yerdə başa vurub.
///modern.az///











































