Azərbaycanda 1 həftə iş olmayacaq - Nazirlər Kabinetindən QƏRAR

Azərbaycanda 1 həftə iş olmayacaq - Nazirlər Kabinetindən QƏRAR
SİYASƏT
19:38 02.12.2019
5296

Azərbaycan Respublikasının Baş Naziri Ələdov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən  verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

OXŞAR XƏBƏRLƏR