Baş nazir: Gürcüstan dialoqa açıqdır, Avropa bürokratiyası isə təmaslardan qaçır

Baş nazir: Gürcüstan dialoqa açıqdır, Avropa bürokratiyası isə təmaslardan qaçır
DÜNYA
17:32 19.08.2025
304
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə istənilən məsələdə dialoqa açıqdır, lakin Avropa bürokratiyası hakimiyyət nümayəndələri ilə təmaslardan qaçır.

Bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları üçün Aİ-nin ədalətlə assosiasiya olunması vacibdir.

"Ümid edirik ki, Avropa bürokratiyası Gürcüstana yanaşmasını dəyişəcək. Avropa İttifaqına inteqrasiya xarici siyasətimizdə prioritetdir", - İ.Kobaxidze qeyd edib.

O deyib ki, Aİ ilə münasibətlər 2022-ci ildə Gürcüstan hökumətinin Rusiya ilə hərbi qarşıdurmadan imtina etməsindən sonra korlanıb.

"Elə o vaxtdan Brüssel bizə qarşı açıq şantaja başlayıb", - Baş nazir vurğulayıb.
 
report
OXŞAR XƏBƏRLƏR