Baş Nazir: "Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır"

Baş Nazir: "Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır"
SOSİAL
21:25 23.09.2020
1004
"Prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır".

AZXEBER.COM xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov deyib.

O bildirib ki, növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir: "Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.
OXŞAR XƏBƏRLƏR