Baş nazir Novruz Məmmədovun müsahibəsinin - TAM VİDEOSU

SİYASƏT
15:11 09.09.2019
3914
Azərbaycanın Baş naziri Novruz Məmmədov "Space" televiziyasında yayımlanan "Sadə Həqiqətlər" verilişinin qonağı olub. O, verilişdə Bakıdan Tbilisiyə piyada yürüş etməsindən, yol boyu baş verən hadisələrdən və digər məqamlardan söhbət açıb.

AZXEBER.COM həmin hissəni ixtisarla təqdim edir:

"1990-ci ilin mart ayının 20-si idi. 20 Yanvar şəhidlərinin 40-nı qeyd edirdik. Şəhidlər Xiyabanındakı mərasimə çox sayda adam toplaşmışdı. Biz müəllimlər hamı kimi sarsılmış vəziyyətdə idik. Bir də gördük ki, maşından 3-4 adam düşdü və böyük gül dəstələri götürdülər. Yanımızdakı tələbələrə dedik ki, onların kim olduqlarını öyrənsinlər. Bir qədər sonra gəldilər ki, Gürcüstandan gəliblər, bizim qardaşlardır. 40 mərasimi üçün bizə başsağlığı verməyə gəliblər. Orada Qorxmaz Qurbanov var idi. Bir qədər sonra rektor oldu. Bir də Çərkəz Qurbanlı yanımızda idi. O da sonradan prorektor oldu. Onlar dedilər ki, görürsən biz heç nə etməmişik. Dedim ki, düzdür, biz heç nə etməmişik. İmkanımız yoxdur ki, maşın tutub gedək. Günahkarıq. Dedi indi bir şey edək. Dedim nə edə bilərik? Dedi ki, buradan Tiflisə piyada yürüş edək. Çərkəz Qurbanlı dedi ki, kim gedə bilər? Hamı susdu. Mənə baxıb dedi, gedirsən? Dedim, gedirəm. O zaman o, prorektor, mən dekan idi. Başqa heç kəs bizimlə getməyə razılaşmadı. Dedi onda hazırlıq görək, çıxaq. Bir gün ərzində pal-paltar, bir az yemək, bir az pul götürdük. Bir də ehtiyat əlavə bir ayaqqabı götürmüşdük. Martın 22-si indiki "20 Yanvar" metrosu yaxınlığında görüşdük. Yanında Sarvan adlı qonşusu olan bir oğlan da vardı. Gedəcəyimizi bilən bir neçə adam da başımıza yığışdı. Sonra bizi maşınla Xırdalan tərəfə çıxardılar və yola düşdük. Düz 19 gün, 9 aprelə qədər hər gün 25-28 kilometr yol gedirdik. Yol boyu o qədər əhvalatlar olub ki?! Göyçayda yanımıza onlarla, Yevlaxda yüzlərlə adam yığışırdı".

Həmin müsahibənin tam versiyasını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:52 29.09.2020

Ermənilərin daha bir mülki şəxsi qətlə yetirdi

15:30 29.09.2020

"Ermənistandan hərəkət edən S-300 vurulacaq" – Azərbaycandan son xəbərdarlıq

15:23 29.09.2020

Bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı yığılıb

15:21 29.09.2020

Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO

15:17 29.09.2020

Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana DƏSTƏK

15:14 29.09.2020

Deputat: “Azərbaycan beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə edir”

15:09 29.09.2020

Türkiyə vətəndaşlarından İlham Əliyevə dəstək məktubları gəlir

15:07 29.09.2020

Ermənilər “fake” profillərdən döyüşlərlə bağlı saxta məlumatlar yayır: İnanmayın

15:05 29.09.2020

Əfsanəvi futbolçudan Azərbaycana dəstək - FOTO

14:59 29.09.2020

Ermənistan səhiyyə naziri əmr imzaladı - Hospitallarda boş yer yoxdur

14:44 29.09.2020

Məktəblilərdən Milli Ordumuza dəstək aksiyası - VİDEO

14:43 29.09.2020

Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyinə gəldi

14:40 29.09.2020

Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - FOTO

14:29 29.09.2020

Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"

14:23 29.09.2020

Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO

14:19 29.09.2020

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

X Mostbet