xari

Baş nazir prezidentin telefon zənginə cavab vermədi

SİYASƏT
12:07 15.11.2016
1303
Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir. Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb. "Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib. İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir. Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR