Baş nazir Rəcəb Tayyib Ərdoğan bir neçə aylıq fasilədən sonra xarici səfərlərinə başlayır.
Ərdoğan əvvəlcə Almaniyaya, daha sonra isə Cənubi Koreyaya və İrana gedəcək.
Baş nazir əməliyyatdan sonrakı ilk xarici səfərini Almaniyaya edəcək.
Martın sonlarına doğru Cənubi Koreyaya səfəri planlaşdırılan Ərdoğan Seulda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
Sammitdə İranın nüvə fəaliyyətlərinin və bu istiqamətdə atılacaq addımların müzakirə edilməsi gözlənilir.