"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türk dövlətləri ilə birlikdə keçirilən tədbirlər, ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə qurulmuş gözəl iqtisadi-siyasi münasibətlər var.
Bu il may ayında Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Forumu - COP13-ün Bakıda keçirilməsi, BMT-nin ən mühüm tədbirlərindən birinin ölkəmizdə uğurla baş tutması da həyata keçirilən islahatların və tədbirlərin məntiqi nəticəsidir.
Şahanə Ziyad











































