Baş redaktor Baş prokurora müraciət etdi: Jurnalisti təhqir edən generala görə

Baş redaktor Baş prokurora müraciət etdi: Jurnalisti təhqir edən generala görə
MEDIA
02:50 12.06.2018
11225

Bahəddin Həziyev: "Jurnalistin təhriq olunmasına hüquqi qiymət verilməsinə nail olmaq üçün qanunla nə lazımsa edəcəyik”

"Bizim Yol” qəzetinin və bizimyol.info xəbər saytının təsisçisi və baş redaktoru Azəbaycan Respublikasının Baş prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova müraciət göndərib. Müraciətdə yazılır: "Hörmətli cənab Baş prokuror! Məlum olduğu kimi, 2018-ci il iyun ayının 2-də güclü sel suları Göyçay çayı üzərində avtomobil körpüsünün bir hissəsini yumuş, nəticədə körpü qismən uçmuşdu. Bununla bağlı olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanmış, Qasımov Nazim Səfər oğlu və Əliyev Nəcməddin Mikayıl oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərərk barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətiimkan tədbiri seçilmişdir. Bununla bağlı unikal.org saytında dərc olunmuş xəbərdə bildirilidi ki, Nəcməddin Mikayıl oğlu Əliyev Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi, polis general-mayoru, Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərzuman Əliyevin qardaşıdır.

Bu məlumatın doğruluğunu yoxlamaq məqsədilə rəhbərlik etdiyim "Bizim Yol” qəzetinin və bizimyol.info xəbər saytının xidmət müqaviləsi əsasında əməkdaşlıq edən müxbiri, Əli Cahangiroğlu imzası ilə yazan Vəliyev Əli Cahangir oğlu 08 iyun 2018-ci il tarixdə Ərzuman Əliyevə zəng etmiş, ona KİV haqqında qanunvericiliyin və peşə etikasının tələblərini pozmadan Nəcməddin Əliyevin onun qardaşı olub-olmaması haqqında məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqda sual verib. Suala cavab vermək və ya cavab verməkdən imtina etmək əvəzinə Ərzuman Əliyev daşıdığı general-mayor rütbəsinə yaraşmayan və heç bir etik normaya sığışmayan təhqiramiz ifadələrlə jurnalisti ağır formada təhqir etmişdir.

Bununla bağlı Sizə müraciət edərək xahiş edirəm ki, polis general-mayoru Ərzuman Əliyevin əməlinə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi haqda göstəriş verəsiniz”.

Baş redaktor bizimyol.info-ya açıqlamasında bildirib ki, Ərzuman Əliyevin etdiyi hərəkətə görə cəzalandırılmasına üçün lazımi addımlar atılacaq: "Biz qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edəcəyik ki, bu fakra hüquqi qiymət verilməsinə nail olaq. Əgər nail ola bilməsək, bu, jurnalistlərə qarşı törədilən və cəzasız qalan daha bir cinayət əməli olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü