Başkənd əməliyyatının 20-ci ildönümüdür

Başkənd əməliyyatının 20-ci ildönümüdür
Bütün Xəbərlər
14:09 08.08.2012
4352
8 avqust Azərbaycan Ordusunun uğurlu döyüş tarixində  özünəməxsus yeri olan Başkənd əməliyyatının 20-ci ildönümüdür.Qarabağ Azadlıq Təşkilatından AZXEBER.COM-a verilən məlumata görə, Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən  haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını  qoymuşdular.Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər  hadisələri zamanı  isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi.Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın  və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir  Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3 tankı, 1 BMP və və digər texnikası m’hv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular.Başkənd əməliyyatı Azərbaycan Ordusunun  gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi. Başkənd və digər uğurlu əməliyyatlarımızın təcrübəsi göstərir ki, düşmənə qarşı yalnız hərb meydanında nəticəyə nail ola, torpaqlarımızı işğaldan azad edə bilərik. Başkənd əməliyyatı göstərdi:1.    Yaxşı hazırlanmış əməliyyatla müsbət nəyicəyə nail olmaq çətin deyil.2.    Döyüşü düzgün təşkil etdikdə düşmənə kənardan gələn köməklərin elə də ciddi əhəmiyyəti olmur.3.    Öz daxilimizdə pərakəndəlik olmayanda qələbəni əldə etmək o qədər də çətin olmur.Bu gün üçün isə deməliyik ki, uğurlu döyüş əməliyyatları davam etdirilməlidir. Sadə və başa düşülən məntiq bunu tələb edir. Nəisə yeni bir şey kəşf etməyə ehtiyac yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı