Basketbolçularımız Avropa çempionatını qələbə ilə başa vurub

Basketbolçularımız Avropa çempionatını qələbə ilə başa vurub
DÜNYA
15:07 09.08.2026
182
U-18 qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda son oyununu keçirib.

Komandamız Rumıniyanın Tulça şəhərində təşkil olunan turnirdə 17-20-ci yerlər uğrunda görüşdə Norveç seçməsi ilə qarşılaşıb.

Millimiz rəqibini 77:48 hesabı ilə məğlub edərək çempionatdakı çıxışını qələbə ilə başa vurub. Qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Polina Şukina seçilib. O, görüşdə 25 xal toplayıb və 22 ribaund götürüb.

Beləliklə, U-18 qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda 20 komanda arasında 17-ci yeri tutub.
 
//apa
OXŞAR XƏBƏRLƏR