"Bavariya"dan tarixi rekord

İDMAN
12:52 24.10.2021
268
"Bavariya" Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
 
Komanda buna ölkə çempionatının 9-cu turunda "Hoffenhaym"a 4:0 hesabı ilə qalib gələrək nail olub.

Beləliklə, Münhen təmsilçisi Bundesliqanın ilk 9 oyununda artıq 33 qol vurub ki, bu da turnirin bütün tarixində rekord göstəricidir.
 
\Qol.az

OXŞAR XƏBƏRLƏR