"Bavariya"nın 4 futbolçusu karantinə alındı

"Bavariya"nın 4 futbolçusu karantinə alındı
İDMAN
18:16 21.11.2021
337
Almaniya "Bavariya"sının futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans karantinə alınıb.

Buna səbəb oyunçuların koronavirusa yoluxmuş şəxslə təmasda olmalarıdır.

Onlar yerli səhiyyə orqanlarının qaydalarına uyğun olaraq təcrid ediliblər.

Qeyd edək ki, "Bavariya" Bundesliqanın son turunda "Auqsburq"a 1:2 hesabı ilə uduzaraq, cari mövsümdə 2-ci məğlubiyyətini alıb. Hazırda 28 xalla turnir cədvəlinə başçılıq edən Münhen təmsilçisi növbəti oyununu noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR