"Bavariya"nın baş məşqçisi koronavirusdan sağaldı

İDMAN
18:28 02.11.2021
158
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Yulian Nagelsman koronavirusdan sağalıb.
 
34 yaşlı mütəxəssis komandaya qayıdıb.

Nagelsman bu gün Portuqaliya "Benfika"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda iş başında olacaq.

Qeyd edək ki, Yulian Nagelsman oktyabrın 20-də "Benfika"nı 4:0 hesabı ilə məğlub etdikləri III tur matçını buraxıb. Ertəsi gün onun testi müsbət çıxıb.

OXŞAR XƏBƏRLƏR