Baxçalı və Akşenerin qurultay “oyun”larının pərdəarxası – MHP-nin yeni lideri kim olacaq(mı)? – Analiz

Baxçalı və Akşenerin qurultay “oyun”larının pərdəarxası – MHP-nin yeni lideri kim olacaq(mı)? – Analiz
DÜNYA
17:33 20.06.2016
1492
Aqil Әləsgər
Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru
MHP Qurultayı bir tezisimizi haqlı çıxardı. MHP ilk dəfə bu qədər çox namizədlə 10 iyul seçkisinə getsə də, yenə favorit namizəd Dövlət Baxçalıdır. Müxaliflər birləşməyəcəyi təqdirdə, yeni başqan olmayacaq. Gördüyüm qədəri ilə başqanlığa ən iddialı və real alternativ Meral Akşener olsa da, digər dörd namizəd öz daxillərindən namizəd çıxararaq, müxalif səsi parçaladığı təqdirdə, yenə Dövlət yerində qalacaq. Meral Akşenerin partiya nizamnaməsi ilə bağlı digər namizədlərdən xəbərsiz dəyişiklik etməsi və onlarla birlikdə iftar süfrəsinə qatılmaması da göstərir ki, müxaliflərin onun ətrafında birləşməsi ehtimalı azdır və Meral xanım da buna o qədər həvəs göstətmir.
Ancaq MHP daxilində ciddi təşkilatlanmaq istəyi, digər alternativ namizədlərlə uzlaşmaqdan daha çox küskün ülkücüləri ətrafına yığması Akşenerin yeni hərəkat istəyi kimi dəyərləndirilə bilər.
yenicag.az_mhp_kurultayGöründüyü qədər, Meral Akşenerdən sonra qurultay nümayəndələri ilə işləyən Sinan Oğandır. MHP qurultayında həlledici nəticəni ona veriləcək səslər müəyyənləşdirəcək. Alparslan Türkeşin qızı Çağrının Oğanı dəstəkləməsi onun əlini gücləndirir. Ümit Özdağ, Koray Aydın və şəhid Gün Sazakın oğlu Süleyman Sazak MHP cameəsi içərisində ciddi isimlərdir. Ancaq göründüyü qədər Meral Akşener qədər təbliğatla məşğul olmayıblar. Qurultayda Meral Akşener faktorunun ağırlığı bunu deməyə əsas verir. Lakin başqanın seçiləcəyi 10 iyul qurultayında hər bir müxalif namizəd ciddi səs götürə biləcək. Ülkücülükdən gəlmə namizədlər (Ümit Özdağ, Koray Aydın, Süleyman Sazak və Sinan Oğan) birləşəcəkləri təqdirdə, Baxçalı seçilsə də, partiyaiçi güclü müxalifət olaraq qalacaqlar. Baxçalı namizəd olmayacağı təqdirdə (ki, bu zəif ehtimaldır) hazırki sədri dəstəkləyən qurultay nümayəndələri işarə edilən namizədə dəstək verərək, seçki sonuclarını müəyyənləşdirəcəklər. Baxçalının rəqibləri arasında tək ülkücünün Koray Aydın olduğunu deməsi və bu namizədin hazırda Meral Akşenerlə daha açıq mübarizə aparması ağıllara vəliəhdin K.Aydın olmasını gətirir. Baxçalının ən qədim dostuna postunu verməsi gözlənilən ehtimallar arasındadır. Ancaq hazırkı məqamda bu çox xəif ehtımaldır.
Ülkücü namizədlər Doğru Yoldan gələn Meral Akşenerin ətrafında birləşə bilərmi? Akşener çox ciddi işləyir, fəqət ülkücü cameə bir xanımın “rəis”liyini asanlıqla həzm etməz. Onun üçün qurultayı keçirdiyinə görə, zəfər nidaları atsa da, başqanlıq yolu o qədər asan deyil.
Yenidən Baxçalı seçilsə nə baş verəcək? Koray Aydın, Süleyman Sazak və Ümit Özdağ MHP-də yollarına davam edəcəklər. Sinan Oğanın isə partiyada qalma ehtimalı yüksək olsa da, yeni bir partiya-güc mərkəzi yaranarsa, onun MHP-dən ayrılması və orada daha güclü mövqeyə gəlməsi mümkündür. Meral Akşenerin isə başından bəri MHP başqanlığından daha çox AKP-yə qarşı qurulması gözlənilən yeni güc mərkəzinin kilid isimlərindən biri olmağa çalışdığını iddia etmişik və o iddiamızda da qalırıq. Türkiyədə öz postunu buraxmaq istəməyən heç bir başqan (xüsusilə, sağ və mərkəzçi) partiya sədrliyindən uzaqlaşdırıla bilməyib. Bu səbəbdən də, Meral xanımın daha çox MHP-də özünə ciddi kadr yığdığı və gələcək partiyanın təməllərini atdığı versiyası üzərində dayanırıq.
Yeni partiya yarana bilərmi və kimlərdən ibarət ola bilər? Nəzərə alsaq ki, İngiltərənin baş naziri Braun son dönəmdə həddindən artıq Türkiyə əleyhinə danışır, bu sadəcə öz əhalisini Türkiyənin Avropa Birliyinə üzv olmağa əngəl olacaqlarına inandırmağa çalışmaq deyil. İngiltərə Türkiyədə ciddi maraqları olan və bu maraqlarını qoruyan güclü yerli dəstəyə malik ölkədir. Bu dəstəyi verəcək gücün hazırda ən favorit ismi isə sabiq prezident Abdullah Güldür. Məhz Abdullah Gül, Әli Babacan, Kamal Dərviş, Abdullatif Şener, Turhan Çömez kimi cəmiyyətdə hələ də tükənməmiş və Әrdoğan iqtidarı zəifləyəcəyi təqdirdə, yeni alternativ güc mərkəzi ola biləcək şəxslərdən. Meral Akşenerin isə bu yeni ittifaqın əsas üç simasından biri olma ehtimalı onun başqan olmasından daha yüksəkdir. Ayrı partiya quracağı təqdirdə, isə sonu keçmiş partiyadaşı Mehmet Ağardan fərqli olmayacaq.
Qısacası, bu yay gözlənildiyindən daha isti keçəcək…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO
13:11 19.06.2026
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO