Baydenin oğlu açıqladı - "Xərçəng bütün bədəninə yayılıb"

Baydenin oğlu açıqladı - "Xərçəng bütün bədəninə yayılıb"
DÜNYA
13:08 09.08.2026
301

Keçmiş ABŞ Prezidenti Co Baydenin prostat xərçənginin sümüklərinə və bədəninin digər nahiyələrinə yayıldığı bildirilib.

Baydenin oğlu Hanter Bayden Britaniya mətbuatına açıqlamasında atasının xəstəliyinin son dərəcə "ağrılı və yorucu bir vəziyyət” olduğunu deyib. Bayden atasının olduqca dözümlü olduğunu, çox vaxt çəkdiyi ağrıları dilə gətirmədiyini bildirib.

83 yaşlı Co Bayden 2025-ci ilin mayında prostat xərçənginə tutulduğunu ictimaiyyətə açıqlamışdı. Xəstəliyin aqressiv növ olduğu və sümüklərə yayıldığı bildirilmişdi.
/manşet
OXŞAR XƏBƏRLƏR