AZXEBER.COM xəbər verir ki, bu barədə onun oğlu Hanter Bayden "BBC News”a müsahibəsində danışıb. O, atasının xəstəliyinin ailə üçün olduqca çətin və ağrılı proses olduğunu vurğulayıb.
Məlumata əsasən, Baydenə diaqnoz qoyulan prostat xərçəngi artıq sümüklər də daxil olmaqla digər orqanlara metastaz verib.
Qeyd edək ki, 83 yaşlı Co Bayden 2025-ci ilin mayında aqressiv prostat xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı. Sonrakı aylarda onun xərçəng hüceyrələrinin aradan qaldırılması məqsədilə tibbi müdaxilə keçirdiyi bildirilmişdi.











































