Bayraq meydanındakı qüllə aşır?

Bayraq meydanındakı qüllə aşır?
Bütün Xəbərlər
12:21 02.02.2011
2032


AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, «kənardan qüllədə problem hiss olunmur. Ancaq sakinlərdən bəzisi evə getmək istəyib, qapıların plomblandığını görüb». 

Bayraq Meydanında ucaldılan bayraq səhər saatlarından endirilib.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin hərbçiləri, təcili yardım maşınları var. Əraziyə nəzarət olunur. Nazirliyin yüksək rütbəli rəsmilərinin gəlişi gözlənilir. 

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanıb, tikinti 3 il davam edib. Amerikanın «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihəni Azərbaycanın «Azenko» şirkəti həyata keçirib. Meydanın ərazisi 60 hektar, onun yuxarı hissəsi isə 31 min kv.m təşkil edir. 

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Bayraq meydanındakı tikinti işləri 20 milyona başa gəlib.

 

//Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR