Əbülfəz Elçibəyin zəhərləndirilməsi ilə bağlı mövzu mətbuatın gündəmindən düşmək bilmir. Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakı Şəhər Baş Prokurorluğuna müraciətindən sonra məsələ ilə əlaqədar cinayət işi açılıb. Bu barədə prokurorluqda Elçibəyə yaxın olan adamların hamısı dindirilir.
Məsələyə münasibət bildirən Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olan KXCP üzvü Elman Türkoğlu “OLAYLAR”a deyib: “Əbülfəz Elçibəyin ölümünə Əli Kərimlinin ad günündə elə Əli Kərimlinin özü fərman verib!”. E.Türkoğlu bildirib ki, Elçibəyi zəhərləmək üçün zəhərli preparatlar Tehrandan gətizdirilib. Adlarını anonim saxlayan Elman Türkoğlu qeyd edib ki, Əli Kərimlinin ad günündə 3 qadın vardı ki, bu işin icrasını onlar yerinə yetiriblər. Hal-hazırda həmin qadınlardan biri dünyasını dəyişib. Elman Türkoğlunun sözlərinə görə, Əbülfəz Elçibəy dünyasını dəyişməmişdən qabaq onu çağıraraq Əli Kərimlinin ad günündə zəhərləndirildiyini deyib. Elçibəy zəhərlənməsi ilə bağlı yaxın dostu olan Adil Minbaşıya da bildirib. Elçibəyin AXCP daxilində çoxlu düşmənləri olub. Həmin düşmənlər tez bir zamanda Əbülfəz Elçibəyi aradan qaldırıb yerinə Əli Kərimlini gətirmək istəyirdilər. Həmin qruplaşmaya da Əli Kərimlinin özü başçılıq edib. Elman Türkoğlu bildirdi ki, Elçibəyin zamanında partiya üzvlərindən biri deyib: “Elçibəy ölsəydi, yerinə Əli Kərimlini gətirərdik!”. Həmin hadisədən dərhal sonra Əbülfəz Elçibəy Əli Kərimlinin ad gününə dəvət alır və xüsusi tapşırıqla 3 qadın tərəfindən zəhərləndirilir. Elman Türkoğlu Əli Kərimli haqqında danışarkən bu sözləri xüsusilə qeyd etdi: “Əli Kərimli 4 nəfərin ölümündə günahkardır. Hal-hazırda da onun üzərində cinayət işi var. Partiya üzvlərindən Əlisəfa, jurnalist İbrahim və 39 milyon dollara görə qətlə yetirdiyi ABŞ-ın Azərbaycandakı nümayəndəsi Əli Kərimovun cinayət qurbanlarıdır. Nəhayət 4-cü şəxs də Əbülfəz Elçibəyin özüdür!” Bu işdə Əli Kərimlini günahkar tutan Elman Türkoğlu bildirdi ki, xərçəngə yoluxan adam arıqlayır, amma Əbülfəz Elçibəy ölməmişdən qabaq şişmişdi. Bu da onun həmin radikal qüvvələr tərəfindən zəhərləndirildiyini sübut edir. Türkoğlu sözarası qeyd etdi ki, onun ən yaxın dostu olan İsa Qəmbərin Əli Kərimlini bu işdə dəstəkləməsini heç cür başa düşə bilmir. Elman Türkoğlu son olaraq bildirdi ki, bu məsələni müzakirə etmək üçün Əli Kərimlini televiziyaya dəvət edir. Əgər gəlməsə Əli Kərimlinin bu, günahları öz üzərinə götürməsi olacaq. Türkoğlu daha sonra qeyd etdi ki, Elçibəy dünyasını dəyişəndə Əbülfəz Əliyevin ən yaxın silahdaşlarından biri olan Xanım Xəlilova Elçibəyin həkiminə deyib ki, zəhərlənmə ilə bağlı heç kəsə bir söz də deməsin. Guya ki, Əbülfəz Elçibəy zəhərlənmədən yox, məhz xərçəng xəstəliyindən dünyasını dəyişib. Türkoğlunun sözlərinə görə yaltaq insanlar o vaxtı Əbülfəz Elçibəyin ətrafında çox olub. Hansı ki, indi onların hamısı qaçıb gizləniblər.