29 aprel 2012-ci il tarxində saat 12:00-da “Nərimanov” metrostansiyasının yaxınlığındakı MetroPark Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının imza günü keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, bu kitab Azərbaycan Yazıçılar Birliyi ilə «Təhsil» nəşriyyatının birgə layihəsi olan «Müəllifin ilk kitabı" seriyasından ikinci nəşrdir. “Qar yağacaq” kitabına 1 povest və 9 hekayə daxildir. Bu yazıların hər birində zərif qadın yanaşması, emosional, estetik cizgilərlə yanaşı, dərin alt qatlar da özünü göstərir. Kitaba ön sözü Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid yazıb, redaktoru Mustafa Çəmənlidir.