‘Bazar Store’nin işçiləri zəhərləndi - 6 nəfər xəstəxanaya yerləşdirildi

‘Bazar Store’nin işçiləri zəhərləndi -  6 nəfər xəstəxanaya yerləşdirildi
Bütün Xəbərlər
13:57 23.04.2014
1923

Mağazanın 6 işçisi xəstəxanaya yerləşdirilib

Bərdə rayonunda məşhur ticarət mərkəzlərindən birində bir neçə nəfər qidadan zəhərlənib. AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakı küçəsində yerləşən “Bazar Store” mağazasından qeydə alınıb. Həmin mağazanın 6 işçisi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR