Mağazanın 6 işçisi xəstəxanaya yerləşdirilib
Bərdə rayonunda məşhur ticarət mərkəzlərindən birində bir neçə nəfər qidadan zəhərlənib. AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakı küçəsində yerləşən “Bazar Store” mağazasından qeydə alınıb. Həmin mağazanın 6 işçisi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.