Bazarda mövsümü gilas niyə baha satılır? - VİDEO

Bazarda mövsümü gilas niyə baha satılır? - VİDEO
SOSİAL
22:47 28.06.2026
245
Öküzürəyi 18, vişnə 20, ağ gilas isə 8 manata satılır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt bazarlarında gilasın qiyməti növünə və keyfiyyətinə görə dəyişir. Hazırda bazarlarda satışda olan gilaslar müxtəlif qiymətlərə təklif olunur.

Satıcılar bildirirlər ki, iri və keyfiyyətli gilas növləri daha baha satılır. Onların sözlərinə görə, qiymətə məhsulun ölçüsü, dadı və sortu da təsir edir.

Onların sözlərinə görə, bu il gilasın qiyməti ötən illə müqayisədə daha yüksəkdir. Onlar bunu əsasən əlverişsiz hava şəraiti ilə əlaqələndirirlər. Bildirilir ki, yaz aylarında yağan intensiv yağışlar və dolu meyvə bağlarına ciddi ziyan vurub, məhsuldarlığı azaldıb. Xüsusilə Quba və Qusar rayonlarında məhsulun xeyli hissəsi itirildiyindən bazarda təklif azalıb. Nəticədə yaranan məhsul qıtlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

Satıcılar bildirirlər ki, ötən illə müqayisədə bu il gilasın qiymətində orta hesabla 3-4 manat artım müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR