Ölkənin ən əlverişli supermarket şəbəkəsinə çevrilmiş Bazarstore 9 may qələbə günü münasibətilə Xəzər rayon veteranlarına bayram sovqatı hədiyyə etdi.
AZXEBER.COM-un məlumatına görə, Bazarstore satış şəbəkəsinin Şüvəlan Parkda fəaliyyət göstərən mağazası da məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası yüksək keyfiyyəti ilə seçilir.“Bazarstore” satış nöqtələrindəki məhsul çeşidi otuz mindən çoxdur.
“Bazarstore”un satış mərkəzləri Xətayi, Gənclik, Bakıxanov qəsəbəsi və Şüvəlandakı “Şüvəlan Park”da fəaliyyət göstərməkdədir. Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər islami qaydalara uyğun kəsilir. Bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən üst səviyyədə təşkil olunmuşdur.