BBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEO

BBC-nin aparıcısı Paşinyanı biabır etdi - VİDEO
SİYASƏT
14:41 14.08.2020
2621
Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan "Hard talk” verilişində aparıcı Stiven Sakurun sualları qarşısında çətin duruma düşüb.

Oxu.Az-ın məlumatına görə, N.Paşinyan özünün ənənəvi "sülh formulunu” təkrar edib, deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır.

Aparıcı isə Ermənistanın iyulun ortalarında Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətməsindən, Azərbaycan mövqelərini artilleriya ilə atəşə tutmasından söz açıb.

Aparıcı "Sizin siyasətiniz sülhə nail olunmasına əsaslanmır” replikasını atıb. N.Paşinyan mövzudan yayınaraq, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başladığını iddia edib və fikrini də əsaslandıra bilməyib.

O, mövzunu yenidən Dağlıq Qarabağ münaqişəsinə gətirib və yenə də arqumentini izah edə bilməyib.  

S.Sakur isə N.Paşinyana ötən ilin avqustunda Azərbaycanın işğal altındakı torpaqlarında – Xankəndidə etdiyi çıxışı xatırladıb. Bildirək ki, N.Paşinyan həmin çıxışda "Qarabağ Ermənistandır” demişdi.

"Siz birləşməkdən danışmışdınız, aydındır ki, bu, Azərbaycana qarşı provokasiya idi”, - deyə aparıcı iradını səsləndirib.

N.Paşinyan isə mövzuya dəxli olmayan atəşkəsi hansı tərəfin pozması ilə bağlı beynəlxalq mexanizmlərdən söz açıb.

Bunun ardınca isə Dağlıq Qarabağın guya Ermənistana məxsusluğunu çox bəsit və kasad arqumentlərlə əsaslandırmağa çalışıb.

O, öz aləmində tarixə ekskurs edib və yalan məlumatlar çatdırmaq istəyib. Deyib ki, min illər əvvəl Dağlıq Qarabağda erməni əhali yaşayıb və "Artsax” adının orada qədimi olduğunu bildirib.

Aparıcı isə onun cəfəng fikirlərinə müdaxilə etmək məcburiyyətində qalıb:

"Biz sizin min illər əvvəlki tarixinizə gedə bilmərik, söhbət bugünkü reallıqdan gedir”, - deyən aparıcı BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməni xatırladıb.

Aparıcı BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxması barədə tələbini dilə gətirib.

"Siz isə həmin ərazilərin sizə məxsus olduğundan bəhs edirsiniz. Siz aydın şəkildə deyirsiniz ki, sülhməramlı deyilsiniz”, - deyə aparıcı söyləyib.

N.Paşinyan isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin deyil, erməni özünümüdafiə qüvvələrinin adı çəkilir.

"Reallıq budur ki, münaqişə başlayanda Dağlıq Qarabağın əhalisinin 90 faizi ermənilər idi. Buna görə də Azərbaycan erməniləri oradan çıxarmağa çalışdı, münaqişə də bu andan başladı”, - deyə Paşinyan siyasi və tarixi savadsızlığını nümayiş etdirib.

Aparıcı isə Dağlıq Qarabağdan Ermənistana bir neçə yolun çəkildiyini diqqətə çatdırıb, bu amilin beynəlxalq hüququn pozulması halı kimi qiymətləndirilməsini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyən N.Paşinyanı isə aparıcı yenidən çətin duruma salıb.

Aparıcı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla digər ərazilərdə hərbi cinayətlər törətdiyini vurğulayıb.

Aparıcı "Bir çox müstəqil müşahidəçilərin kataloqlarında bu cinayətlər barədə yazılıb. Siz bunlara görə üzr istəyəcəksiniz?” sualını verib.

Baş nazir suala cavab vermək əvəzinə, mövzunu başqa istiqamətə yönəltməyə cəhd edib, deyib ki, Ermənistan həmişə kompromisə hazırdır.

Aparıcı isə bir daha xatırladıb:

"Avropa Məhkəməsinin işlərində Ermənistan ordusunun insan hüquqlarını pozması ilə bağlı məsələlər var. Siz buna görə üzr istəyəcəksiniz?”

Baş nazir konkret cavab əvəzinə Azərbaycanın guya insan hüquqlarını pozmasından danışmağa başlayıb. Aparıcı isə qəzəblə "Mən Azərbaycanla danışmıram, mən sizinlə danışıram” deyib.

Paşinyan Sumqayıt hadisələrindən söz açıb, aparıcı Paşinyanın düzgün cavab verməyəcəyini görərək deyib: "Aydındır, siz üzr istəməyəcəksiniz!”

Verilişdə aparıcı Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla müqayisədə, Ermənistanda koronavirus pandemiyasına nəzarətlə bağlı vəziyyətin bərbad olduğuna işarə edib.

N.Paşinyan isə bildirib ki, pandemiya ilə mübarizədə nəticə çıxarmaq hələ tezdir.

Müsahibədə Ermənistan-Rusiya əlaqələrinə də toxunulub, Paşinyan bildirib ki, Rusiya ölkəsinin strateji tərəfdaşıdır.
 
Halbuki Paşinyan hakimiyyəti bu günə qədər anti-Rusiya ritorikası göstərib, vəziyyətləri çətinləşəndə isə Moskvanı strateji müttəfiq kimi xarakterizə etməyə başlayırlar.

Ümumilikdə müsahibə əsnasında N.Paşinyan özünün siyasi savadsızlığı ilə yanaşı diplomatik bacarıqsızlığını da nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
20:14 23.08.2026
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi