BDU Abay Kunanbayevi unutmadı (FOTOLAR)

BDU Abay Kunanbayevi unutmadı (FOTOLAR)
GƏNCLİK
06:07 14.05.2011
2352

Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim açıblar.

Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam edib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün respublika prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, mərkəz Azərbaycan və Qazaxıstan mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töhfə verəcək.

Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli Universitetinin professor-müəllim heyətini təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika fakültələrində görüşlər keçirərək ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir