BDU-da Hüseyn Cavidə həsr olunmuş elmi konfrans keçirilib

BDU-da Hüseyn Cavidə həsr olunmuş elmi konfrans keçirilib
Bütün Xəbərlər
16:00 28.11.2012
1081
Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. 
BDU-dan AZXEBER.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov böyük şairin həyat və yaradıcılığından, ədəbiyyata, cəmiyyətə verdiyi töhfələrdən danışıb: «Ümummilli lider Heydər Əliyevin böyük mütəfəkkir haqqında dediyi “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs kitabıdır», sözlərini xatırladan rektor ulu öndərimizin dahi Cavidin xatirəsinin əbədiləşdirilməsindəki xidmətlərində də danışıb. 
Daha sonra Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev məruzə ilə çıxış edərək Hüseyn Cavidin yaradıcılığının əsas ideya istiqamətindən, müasir cəmiyyətdəki rolu və əhəmiyyətindən danışıb. Daha sonra professorlar Qara Namazov və Tofiq Hacıyev çıxış ediblər. Natiqlərin çıxışlarından sonra filologiya fakültəsinin tələbələri mütəfəkkir şair, gözəl dramaturq və böyük filosofun əsərlərindən ibarət səhnəcikləri nümayiş etdiriblər. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
13:24 09.04.2026
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
13:16 09.04.2026
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
13:11 09.04.2026
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
13:03 09.04.2026
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
13:00 09.04.2026
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
12:40 09.04.2026
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
12:36 09.04.2026
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
O da "Uzak şehir"in heyətinə qatıldı
12:35 09.04.2026
O da "Uzak şehir"in heyətinə qatıldı
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
12:12 09.04.2026
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR
12:04 09.04.2026
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq - FOTOLAR
12:01 09.04.2026
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq - FOTOLAR
“Bu gecəni də sağ-salamat keçirsə, yaşamaq şansı var”- Ofeliya qardaşının səhhətindən danışdı
11:57 09.04.2026
“Bu gecəni də sağ-salamat keçirsə, yaşamaq şansı var”- Ofeliya qardaşının səhhətindən danışdı
İrşadda "Şad Günlər" fürsəti yenidən start götürür!
11:56 09.04.2026
İrşadda "Şad Günlər" fürsəti yenidən start götürür!
Prezident qəbul keçirdi - FOTOLAR
11:51 09.04.2026
Prezident qəbul keçirdi - FOTOLAR
Göyərti də bahalaşdı - QİYMƏT
11:45 09.04.2026
Göyərti də bahalaşdı - QİYMƏT
Xaricdən məhsul sifariş edənlərə yeni xəbər - Yeni qaydalar hazırlanır
11:44 09.04.2026
Xaricdən məhsul sifariş edənlərə yeni xəbər - Yeni qaydalar hazırlanır