BDU-dan ‘Jurnalistika’ fakültəsindəki istefalarla bağlı – AÇIQLAMA

BDU-dan ‘Jurnalistika’ fakültəsindəki istefalarla bağlı –  AÇIQLAMA
MEDİA
14:44 13.06.2016
1512

Bakı Dövlət Universitetinin(BDU) Jurnalistika fakültəsinin dekanıŞamil Vəliyevvə dekan müaviniƏli Hacıyevöz ərizələrinə əsasən tutduğu vəzifədən azad ediliblər.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova açıqlamasında bildirib ki, Şamil Vəliyev və Əli Hacıyev universitetdə fəaliyyətlərini davam etdirəcəklər: "Şamil Vəliyev universitetin Mətbuat tarixi kafedrasının müdiridir. Əli müəllim isə həmin fakültənin müəllimidir. Onlar əvvəlki vəzifələrində qalırlar".

P.İbrahimovanın sözlərinə görə, dekan müavini vəzifəsinə artıq təyinat olub: "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Könül Niftəliyeva Jurnalistika fakültəsində dekan müavini vəzifəsini icra edir. Jurnalistika fakültəsinin dekanı vəzifəsi isə seçkilərə qədər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədliyə həvalə olunub".

OXŞAR XƏBƏRLƏR