BDU Fəlsəfə fakültəsinin tələbələri tədbir keçirdi
GƏNCLİK
16:13 25.09.2011
2916
Bakı Dövlət Universiteti Fəlsəfə ixtisasının 4cu kurs tələbələri Fəlsəfə elm və gəncliyi əhatə edəcək yeni bir ictimai birlik yaratmağa hazırlaşır.Artıq bununla bağlı müəllimlərdən ziyalılardan yazar və jurnalıstlərdən fikirlər və ideyalar toplayan aktiv tələbələr Ədliyyə Nazirliyinə müraciət etmək üçün sənədləri hazırlayır.Daha öncə sosial şəbəkələrdə istifadəçilərin böyük marağına səbəb olan səhifə açan gənclər səhifədə keçirdikləri Aforizm müsabiqəsinin qaliblərini mükafatlandırmaq və yeni yaranacaq QHTnin prioritet məsələlərini müzakirə etmək üçün BDU-nun Jurnalistika fakültəsində kiçik tədbir keçirdilər. Tədbirdə tələbələr Emin Abbasov, Seyran Quliyev, Tural İsmayılov və Rəhman Bayramov gələcəkdə bir neçə kitab tərcümə edəcəklərini bununla yanaşı yeni layihələr və müsabiqələrlə gənclərin fəlsəfəyə marağını artıracaqlarına inandıqlarını qeyd etdilər.