BDU-nun 7 fakültəsi dekansız qaldı

GƏNCLİK
11:37 31.05.2011
2070

Seçkilərin keçirilməsi nəzərdə tutulan 15 fakültədən 8-də prosesin baş tutduğunu deyən rektorun sözlərinə görə, 7 fakültədə yaş senzi ilə əlaqədar olaraq, seçkilər müvəqqəti olaraq dayandırılıb: «Müsabiqə elan olunub və müraciətlərə baxılıb. Məsləhətləşmələrdən sonra seçkilərin qısa müddətdə saxlanılması qərara alınıb. Yaş senzi ilə bağlı müvafiq qərar qəbul ediləndən sonra, iyun ayı ərzində bu məsələyə baxılacaq».

A.Məhərrəmov universitetin 7 prorektordan 5-nin dəyişdirildiyini qeyd edərək, BDU-da qiyabi təhsil üzrə prorektor yerinin ləğv olunduğunu açıqlayıb. Onun vəzifələrini rektorluq aparatının rəhbəri həyata keçirəcək.


 

OXŞAR XƏBƏRLƏR