BDU-nun Jurnalistika fakültəsinin yeni dekanı kim olacaq? - NAMİZƏDLƏR
Bütün Xəbərlər
18:16 20.04.2012
1302
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dekan seçkiləri növbəti həftə keçiriləcək. Universitetin jurnalistika fakültəsindən verilən məlumata görə, dekan vəzifəsinə iki nəfər namizədliyini irəli sürüb. Bunlar dekan müavini Sevinc Əliyeva və fakültənin mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyevdir. Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə əlavə sənəd verənlər də var. Fakültənin dekanı Yalçın Əlizadə bildirib ki, dekan vəzifəsinə təyin olunacaq şəxs ilk növbədə müsabiqə komissiyasında müzakirə olunacaq. Sonda bu vəzifə rektorun təyinatına uyğun olaraq veriləcək.