BDU-nun müəllimi canlı yayımda ağladı

BDU-nun müəllimi canlı yayımda ağladı
GƏNCLİK
20:42 16.11.2011
2400
AzadlıqRadiosunun «İşdən sonra» proqramında BDU-nun müəllimlərinin Ziyalılıar Forumuna qarşı bəyənatından danışan, bəyanatda imzası olan akademik Cəlal Allahverdiyev canlı efirdə göz yaşlarını saxlaya bilməyib. Cəlal Allahverdiyev deyib ki, onu bu bəyanatı imzalamaq üçün çağıranda o bildirib ki, o bəyanatda bəzi məqamlarla razılaşmır. «Ziyalılar forumu haqda deyilən mənfi sözlərin çoxusu ilə mən razı deyiləm. Orada yaxşı, layiqli adamlar var. Mənim əsas fikrim o idi ki, Rafiq Əliyevi düzgün çıxarmayıblar. Rafiq Əliyev ADNA-nın ən yaxşı kafedra müdirlərindən biridir». Akademik deyir ki, o Rafiq Əliyevi kafedra müdiri olmağa tam layiq hesab edir. Və bu bəyanatı da Rafiq Əliyevin müdafiəsi üçün imzalayıb. Akademik də hesab edir ki, Ziyalılar Forumun tənqidlərində qeyri-adi heç nə yoxdu. «BİZİM BU SAAT ÖLKƏMİZDƏ TƏNQİD OLUNMALI ÇOX ŞEYLƏR VAR VƏ BU DÖVLƏTİN VƏ XALQIN XEYİRİNƏDİR» Cəlal Allahverdiyev deyir ki, Ziyalılar Forumundakı adamların çoxunu tanıyır: «Onlar düzgün adamlardır. Ola bilməz ki, onlar nadürüst işlə məşğul olsunlar». Akademik deyir ki, o çox illər Azərbaycanda yaşamayıb və Azərbaycanın həmişə müstəqil olmasını arzulayıb: «Mən çox sevinirəm ki, Azərbaycan müstəqildir. Amma mən Azərbaycanın rüşvətxorluq yuvası olmasını istəmirəm. Mən bu dövləti çox sevirəm. Mən bu xalqı çox sevirəm. Mən elə bilirəm ki, bu böyük bir xoşbəxtlikdir ki, bizim bu xalqımız öz dövlətini qurub. Bu böyük xoşbəxtlikdir. Bunu qorumaq lazımdır. Amma bunu qorumaq adı ilə bunu soymaq düzgün deyil. Mən bununla razı deyiləm». O deyib ki, cəmiyyətdə hər şeyin gözəl olması üçün hər bir adam düz adam olmalıdır, onun məqsədi hərəkəti ilə uyğun gəlsin. Ancaq insan hazırda ətrafda baş verənlərə baxanda narahat olmaya bilmir: «Mən ətrafıma baxanda narahat olmaya bilmirəm. Təhsildən də narahatam, səhiyyədən də, başqa şeylərdən də... Təəssüf ki, mənim əlimdən heç bir şey gəlmir». Bəyanatdan sonra dediklərinə görə təzyiqlərin olmasından narahat deyilsinizmi sualına cavabında isə akademik belə cavab verib:

«Ləyaqətli adam mənim kimi adama şəxsi problem yaratmaz. Nalayiq adamlar hamıya şəxsi problem yaradırlar. Heyf ki, camaat buna dözür».

/// Azadlıq radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib