BDU-nun müəllimi Müsavat başqanı olacaq?

BDU-nun müəllimi Müsavat başqanı olacaq?
Bütün Xəbərlər
00:16 26.10.2011
2312
Müsavat Partiyasının növbəti - VIII qurultayına hazırlıqlar davam edir. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü, başqan müavini Gülağa Aslanlının verdiyi məlumata görə, indiyədək 30-dan artıq rayon və şəhər təşkilatında konfrans keçirilib və nümayəndələr müəyyənləşib. Konfransların sürətləndirilməsi üçün oktyabrın əvvəlində yeni təqvim planı da hazırlanıb. G.Aslanlı deyib ki, hakimiyyət problem yaratmasa, mane olmasa, partiya noyabrın ortalarınadək konfransları yekunlaşdırmağı planlaşdırır. Qurultayın bu il keçirilib-keçirilməyəcəyi konfransların nə vaxt yekunlaşmasından asılıdır. Müsavatın nizamnaməsinə görə, 60-dan artıq yerli təşkilatda konfranslar başa çatsa, qurultayın gününü müəyyənləşdirmək olar.Belə bir vaxtda Müsavatın növbəti başqanının kim olacağı da daha tez-tez gündəmə çıxarılır. Bir çoxları İsa Qəmbərdən sonrakı dönəmdə Müsavatın zəifləyəcəyini iddia etsə də partiya rəhbərliyi bu fikri qəbul etmir. Onların arqumenti budur ki, Müsavat möhkəm ideoloji dayaqlar üzərində qurulan partiya olduğuna görə başqanın kim olmasından asılı olmayaraq onun zəifləməsi mümkün deyil. Bir çoxları hesab edir ki, partiyanın növbəti başqanı xanım ola bilər. Mülahizələrə görə, bu, başqanlığa iddialılar arasında barış ovqatının yaradılmasına da səbəb ola bilər.Müsavat başqanı İsa Qəmbərin partiyanın 100 illik yubileyində dedikləri buna işarə kimi qiymətləndirilir. “Partiyanın fəaliyyətində qadınların aktivliyini qeyd etmək istəyirəm. İnanıram ki, o gün çox da uzaqda deyil ki, partiyaya xanım başqan olsun” - deyə başqan bildirmişdi.Təbii ki, Müsavat kimi demokratik təşkilatda hər kəsin başqanlığa namizədliyini irəli sürmək imkanları var. Bəs Müsavatın ali rəhbərliyində, Divanında təmsil olunan xanımların başqanlığa iddiası varmı?İlk olaraq müraciət etdiyimiz professor Almaz Əliqızı sualımıza birmənalı şəkildə “yox” cavabını verdi: “Mən qəti şəkildə o fikirdə deyiləm. Elə başa düşürəm ki, o posta İsa bəydən sonra hər kəs gələ bilməz. İsa bəy çox böyük siyasətçi, gözəl ziyalı, Azərbaycanın istiqlal qazanmasında xidmətləri olan insandır. Onu hər adam əvəz edə bilməz. Mən heç onun başqanlıqdan getməsini də istəmirəm”.Bununla belə, A.Əliqızı dedi ki, başqan dəyişikliyi qaçılmaz olsa, o halda kifayət qədər layiqli namizədlərin adı ortada olacaq: “Müsavatda o yeri tutmağa kifayət qədər layiq insan var. Müsavat 100 illik tarixi olan qocaman təşkilatdır, Azərbaycanın ən gözəl ziyalıları ordadır. Çünki bu, bir ənənədir. Vaxtilə də görkəmli ziyalılarımız, sənət adamları bu təşkilatın sıralarında olub. Bu mənada əminəm ki, namizədlər çox olacaq”.A.Əliqızı əlavə etdi ki, siyasətdə gender məsələsini qəbul etmir: “İnsan hər şeydən əvvəl ləyaqəti, savadı, təşkilatçılıq səriştəsi ilə irəli gedə bilər. Xüsusilə Müsavat kimi demokratik təşkilatdan söhbət gedirsə, bu, belə olacaq. Müsavat yeganə partiyadır ki, qadınlara kvota verib, xanımların seçkili orqanlarda 25 faizlik kvotası var. Bu gün Avropanın demokratik adlandırdığımız dövlətlərində də Müsavata bərabər təşkilat yoxdur. Bir xanım namizədliyini irəli sürərsə, mən ilk növbədə onun savadına, bacarığına, təşkilatçılıq qabiliyyətinə qiymət verərəm”.Filologiya üzrə fəlsəfə doktoru Nüşabə Sadıxlı isə bildirdi ki, hələlik namizədliyini irəli sürüb-sürməyəcəyi barədə heç nə deyə bilməyəcək: “O, qurultayın gedişatından, namizədlərdən asılı olacaq. Hər halda, güvəndiyim, etibar etdiyim, İsa bəy kimi cəsarətinə, ləyaqətinə güvəndiyim insanlar namizədliyini irəli sürəcəksə, onda mən namizəd olmayacağam. Əks təqdirdə, namizədliyimi irəli sürəcəyəm. Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Müsavatda olanda da dedim ki, Müsavatı heç vaxt etibarsız əllərə verməyəcəyik”.Elmlər namizədi Məryəm Oruclu isə başqan olmaq niyyətində deyil: “Mənim heç bir iddiam yoxdur. Bu gün Müsavatın başqanlığına namizəd ola biləcək xeyli yetişmiş insan var. Amma öz namizədliyim barədə düşünməmişəm. Divan və Məclisdə bir neçə nəfər layiqli namizəd var. Elə xanımlar arasında Almaz Əliqızı, Nüşabə Sadıxlı, Hökumə İbrahimli bir partiyanı idarə etməyə layiq insanlardır. Konkret qərar verməyə gəldikdə isə bu, kimin namizədliyinin olacağından, özünü, platformasını necə təqdim edəcəyindən asılı olacaq. O zaman fikrimi konkretləşdirəcəyəm. İndi isə hələlik qəti fikrim yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir