BDU-nun tələbələri dövlət imtahanının ləğvi ilə bağlı nə düşünür?

BDU-nun tələbələri dövlət imtahanının ləğvi ilə bağlı nə düşünür?
GƏNCLİK
14:22 27.05.2013
8297

Mətbuatda BDU-da təhsil alan tələbələrin dövlət imtahanı və diplom müdafiəsinin ləğvi ilə bağlı məlumatlar yayılıb.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu barədə əmr imzalayıb. Əmrə görə, orta balı 81 və 81-dən yuxarı olan tələbələr dövlət imtahanından, orta balı 81-dən az olan tələbələr isə diplom işinin müdafiəsindən azaddırlar.

AZXEBER.COM məsələylə bağlı BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxlayıb.

P.İbrahimova informasiyanın hələ dəqiqləşdirilmədiyini bildirib:

“Ola bilsin ki, semestrlər ərzində qiymətləri A və B olan tələbələr dövlət imtahanından azad olunsun. Hələ ki, başqa bir yenilik haqqında informasiya yoxdur”.

AZXEBER.COM yeni qərarla bağlı adıçəkilən universitetin tələbələrinin də fikirlərini öyrənib.

BDU-da təhsil alan Səidə Əhmədova adlı 4-cü kurs tələbəsi bu qərarın tələbələrin dərslərdə daha aktiv iştirakı üçün stimul yaratdığını söyləyib:

“Əslində belə qərarın verilməsi çox xoş xəbərdir. Mənim indiyədək bütün qiymətlərim A və B-dir. Ona görə də çox şadam ki, biz dövlət imtahanından azad olunacağıq”.

Digər müsahibimiz Famil Məmmədov isə bu qərarın bütün tələbələrə aid edilməsinin tərəfdarıdır.

“İstəyərdim ki, ya dövlət imtahanı, ya da ki diplom müdafiəsinin ləğvi bütün tələbələrə şamil olunsun. Mənim qiymətlərimdə C və D də var. Təəssüf ki, biz dövlət imtahanı verəcəyik. Bilirsiniz ki, bunların hər ikisi məsuliyyətli işdir. Ona görə də düşünürəm ki, yaxşı qiymət almaq üçün bu imtahanın birini keçirtmək daha yaxşı olardı”.

Qeyd edək ki, bir müddət əvvəl sözügüdən təhsil ocağının tələbələri dövlət imtanının ləğv olunması üçün öz aralarında imza toplamışdılar.

Ayşə İsəzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər