BDU tələbələri qan verdilər - FOTO

GƏNCLİK
16:13 12.11.2011
2263

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən 30 saylı şəhər poliklinikasında Konstitusiya gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.

 BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Poliklinikanın baş həkimi Tamilla Əliyeva donorlardan qan almaq üçün Qanköçürmə İnstitutunun həkimləri dəvət etdiklərini söyləyib. Təşəbbüskarları Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva olan qanvermə aksiyasında fakültənin 50 tələbə və müəllimi iştirak edib.

OXŞAR XƏBƏRLƏR