BDYPİ: Qəfil manevr və sərt tormozlamadan çəkinin

BDYPİ: Qəfil manevr və sərt tormozlamadan çəkinin
SOSİAL
18:40 14.11.2026
50
Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, BDYPİ sürət həddini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

"Ara məsafəsini artırın", - məlumatda deyilir.

Bildirilib ki, qəfil manevr və sərt tormozlamadan çəkinmək lazımdır:

"Nəqliyyat vasitəsini ağacların və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamayın".
OXŞAR XƏBƏRLƏR