Mütəxəssislər sağlam həyat tərzinin əslində mürəkkəb olmadığını bildirirlər. İnsan orqanizminin hər bir orqanı və sistemi normal fəaliyyət göstərmək üçün müəyyən ehtiyaclara malikdir. Bu ehtiyacların qarşılanması isə həm fiziki, həm də zehni sağlamlığın qorunmasına kömək edir.
AZXEBER.COM xəbər verir ki, zehni sağlamlığın möhkəm qalması üçün yaxın insanlarla keyfiyyətli vaxt keçirmək vacibdir. Sinir sistemi isə yeni biliklər öyrənmək və beyni aktiv saxlamaqla daha güclü fəaliyyət göstərir.
Mütəxəssislər ağciyərlərin sağlamlığı üçün dərin və ritmik nəfəs məşqlərinin faydalı olduğunu vurğulayırlar. Böyrəklərin normal fəaliyyəti üçün gün ərzində kifayət qədər su qəbul etmək tövsiyə olunur.
Bununla yanaşı, immun sisteminin gücləndirilməsi üçün sarımsaq kimi təbii qidaların qəbulu faydalı hesab edilir. Ürəyin sağlam qalması üçün isə gündəlik fiziki aktivlik, xüsusilə müntəzəm gəzintilər mühüm rol oynayır.
Sümük sağlamlığının qorunması üçün D vitamini mənbəyi olan günəş işığından faydalanmaq tövsiyə edilir. Beynin özünü yeniləməsi və normal fəaliyyəti üçün kifayət qədər yuxu almaq vacib şərtlərdən biridir.
Mütəxəssislər həmçinin göz sağlamlığının qorunması üçün uzun müddət ekran qarşısında fasiləsiz qalmamağı, vaxtaşırı qısa fasilələr verməyi məsləhət görürlər.
Qeyd olunur ki, sadə görünən bu gündəlik vərdişlər uzunmüddətli perspektivdə sağlam həyatın əsasını təşkil edir.
Aysel










































