BƏƏ-də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü qeyd olunub
Bütün Xəbərlər
22:51 06.10.2011
1538
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü konfrans keçirməklə qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumət təmsilçiləri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak edib.Tədbirdə çıxış edən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi barədə məlumat verib.Konfrans iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əyani surətdə əks etdirən müxtəlif dillərdə dərc olunmuş broşür və bülletenlər, Azərbaycanın qədim və zəngin mədəniyyətinə, musiqisinə, incəsənətinə, o cümlədən xalçaçılıq sənətinə dair müxtəlif kitablar verilib. Hədiyyə olaraq tədbir iştirakçılarına Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında ingilis, ərəb və rus dillərində kitablar, Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən “Erməni terroru”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” kitabları da təqdim olunub.