Belarus Azərbaycanlı Gəncləri səfirlə görüşdü

GƏNCLİK
13:22 18.09.2012
1411
Belarus Respublikasında Azərbaycan Respublikasının fövqaladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə, Belarus Azərbaycanlı Gəncləri (AMB) hərakatının üzvləri və sədri Orxan Muxtarlı ilə görüşmüşdür. Görüş zamanı cənab səfirə təşkilatın gələcək fəaliyyət planları haqqında fikirlər söylənilmiş, Azərbaycan mədəniyyətini, inkişafını, müasir Azərbaycan və Qarabağ həqiqətlərini Belarus cəmiyyətinə çatıdırlmasının önəmi barəsində söz açılmışdır. Cənab səfir belə bir təşkilatın açılmasına təqdirə layiq bir hal saymış, cənab prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi diqqət, qayğı və önəm verdiyini qeyd etmiş və qarşıda olan tədbirlərə dəstək verəcəyini bildirmişdir. Belarus Azərbaycanlı Gəncləri hərəkətinin sədri Orxan Muxtarlı, Belarusyada yaşayan gənclər arasında yüksək vətənpərvərlik ruhunun olmasının, Ulu Öndər Heydər Əliyevin prinsiplərinə layiq olmağa çalışdıqlarını qeyd etdərək, müəllifi olduğu kitabları cənab səfirə təqdim etmişdir və qarşıda belarus və azərbaycanlı mədəniyyət xadimlərinin birgə fəaliyəti barədə fikir mübadiləsi aparılmışdır.

OXŞAR XƏBƏRLƏR