Belarusdakı “vaqner”çilər HƏRƏKƏTƏ KEÇDİLƏR

Belarusdakı “vaqner”çilər HƏRƏKƏTƏ KEÇDİLƏR
DÜNYA
19:36 29.07.2023
384
"Vaqner” ÖHŞ-nin muzdluları Belarusu Rusiyanın Kalininqrad vilayətinə birləşdirə biləcək Suvalki dəhlizinə doğru irəliləyib. Hazırda Litva və Polşa arasında sərhəd bu dəhlizdən keçir.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski məlumat yayıb.

"Yəqin ki, onlar Belarus sərhədçiləri kimi maskalanaraq ölkədə sabitliyi pozmaq üçün qeyri-qanuni miqrantların Polşaya daxil olmasına kömək edəcəklər”, - deyə Moravetski bildirib.

Qeyd edək ki, iyul ayının 23-də "Vaqner”in 10 kolondan ibarət birləşməsinin Belarusa gəldiyi məlum olub. Ümumilikdə 10 mindən çox muzdlunun burada qalacağı bildirilir.

Moravetski Priqojinin əsgərlərinin sərhədə gətirilməsi ilə bağlı məlumatı haradan aldığını açıqlamayıb. Onun sözlərinə görə, muzdlular Belarusun Qrodno şəhəri ərazisinə yerləşdirilib. Polşa baş naziri bunu "ölkəsinə yeni hibrid hücuma doğru addım” adlandırıb. O, son illər Belarus ərazisindən Polşaya və digər Aİ ölkələrinə sərhədi qanunsuz keçməyə cəhdlərin sayının kəskin şəkildə artdığını xatırladıb.

Polşa hakimiyyəti Minsk və Moskvanı Polşada və Aİ-də sabitliyi pozmaq üçün miqrantların kütləvi şəkildə keçidini təşkil etməkdə suçlayır. Moravetskinin sözlərinə görə, "Vaqner” muzdluları həm miqrantlara Polşa sərhədini keçməkdə kömək edə, həm də özlərini miqrant kimi göstərərək sərhədi keçməyə çalışa bilərlər.

Bu arada, Polşa silahlı qüvvələrinin sayını demək olar ki, iki dəfə artıraraq 172 mindən 300 minə yaxın hərbi qulluqçuya çatdırmaq qərarına gəlib. Ölkənin müdafiə naziri Mariuş Blaşçak artıq müvafiq sənəd imzalandığını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
13:21 23.10.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq