Belçika və Niderland Azərbaycanın müstəqil siyasətindən niyə narahatdır? - AÇIQLAMA

Belçika və Niderland Azərbaycanın müstəqil siyasətindən niyə narahatdır? - AÇIQLAMA
SİYASƏT
15:48 21.04.2026
337
Zaman-zaman bəzi dairələr tərəfindən Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul olunub. Bu kimi addımlardan növbətisi isə Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən atılıb. Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib. 

Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı ildə qəbul etdiyi qətnamələrə Azərbaycan Milli Məclisi sərt reaksiya verib. 

Qurum bu sənədlərin qərəzli və əsassız olduğunu bildirərək, onların Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurduğunu qeyd edib. Həmçinin Belçika və Niderlandla parlamentlərarası əlaqələrin ləğvi təklif olunub.

Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Belçika, Fransa, Niderland kimi ölkələrdə güclü erməni diasporası mövcuddur:

"Avropa Parlamentlərinin bu cür qərarlar qəbul etməsinin arxasında fərqli amillər dayanır. İlk olaraq burada erməni diasporunun fəaliyyətini qeyd etməliyik. Belçika, Fransa, Niderland kimi ölkələrdə güclü erməni diasporası mövcuddur. Bu diaspora onilliklər ərzində siyasi əlaqələr qurub, maliyyə resursları ayırıb və parlamentlərdə öz maraqlarını təmsil edəcək siyasətçiləri formalaşdırıb. Bu, dünya siyasətinin normal bir reallığıdır”.


Parlamentari qeyd edib ki, burada Avropa daxilindəki struktur maraqları da rol oynayır:

"Azərbaycanın Rusiya və İranla sərhəddə müstəqil xarici siyasət yürütməsi, Brüsselin bütün tərəflərə tətbiq etmək istədiyi "dəyərlər çərçivəsi"nə sığmır. Buna görə müəyyən Avropa institutları Azərbaycanı "itaətsiz" tərəf kimi göstərməyə meyillidirlər. Azərbaycanın güclü tərəf kimi görsənməsini və öz reallıqlarını yarada bilməsini həzm edə bilmirlər. Avropa ölkələri həm Azərbaycandan qaz alır, həm də bu cür qərarlar qəbul edir. Bu, ikili standartların açıq ifadəsidir”.

Deputat deyib ki, bəzi dairələr tarixə qovuşan bir məsələni yenidən diriltməyə çalışılır:

"Bəzi dairələr tarixə qovuşan bir məsələni yenidən diriltməyə çalışılır. Qarabağ məsələsi Azərbaycanın öz ərazilərini bərpa etməsi ilə hüquqi-siyasi baxımdan həll olunmuşdur. Bu, beynəlxalq hüququn tanıdığı suveren çərçivə daxilindəki bir faktdır. Lakin bu faktın müəyyən dairələr tərəfindən qəbul edilməməsi, onun süni şəkildə "açıq məsələ" kimi saxlanılması cəhdi ciddi siyasi manipulyasiyanın göstəricisidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR