Antalyanın Kəpəz əyalətində dünən ağla sığmaz ölüm hadisəsi yaşanıb.
AZXEBER.COM-un məlumatına görə,yük maşını sürücüsü maşındakı yüklərin hamısını birdən boşaltmaq istəyib. Bunun üçün də yüklərə bağladığı ipi yolun qarşı tərəfindəki ağaca da bağlayıb. Bu zaman motosikleti ilə yoldan keçən 22 yaşındakı universitet tələbəsi yerdən təxminən 1 metr yüksəkliyindəki ipə ilişib. Nəticədə boğazı kəsilən oğlan hadisə yerindəcə həyatını itirib. Yük maşınının sürücüsü polislər tərəfindən müşahidə altına alınıb.
Qeyd edək ki, gənc oğlanın çörək almaq üçün marketə getdiyi öyrənilib.
Ozal İbrahimli