Bələdiyyə sədri 40 min manat cərimə ödəyəcək

Bələdiyyə sədri 40 min manat cərimə ödəyəcək
Bütün Xəbərlər
16:36 07.05.2013
768
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 2013-cü ilin may ayı ərzində reyd keçirilərkən Muğanlı-İsmayıllı yolunun 11-12-ci kilometrliyində ağacların kəsilməsi faktı aşkar olunub.AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, əraziyə baxış zamanı vələs cinsindən diametri 2 sm olan 8 ədəd, diametri 4 sm olan 12 ədəd, diametri 6 sm olan 9 ədəd, diametri 8 sm olan 12 ədəd, diametri 12 sm olan 6 ədəd, diametri 16 sm 5 ədəd, diametri 24 sm olan 5 ədəd (cəmi 57 ədəd), yemişan cinsindən diametri 4 sm olan 13 ədəd, diametri 8 sm olan 1 ədəd, diametri 12 sm olan 1 ədəd, diametri diametri 10 sm olan 4 ədəd (cəmi 19 ədəd), fındıq cinsindən diametri 2 sm olan 10 ədəd, diametru 4 sm olan 10 ədəd, diametri 4 sm olan 6 ədəd, diametri 10 sm olan 2 ədəd (cəmi 28 ədəd), palıd cinsindən diametri 16 sm olan 1 ədəd, diametri 20 sm olan 2 ədəd, diametri 24 sm olan 1 ədəd (cəmi 4 ədəd), zoğal cinsindən diametri 8 sm olan 2 ədəd, ümümilikdə isə 110 ədəd müxtəlif cinslərdən olan yaş köküstə ağacların kəsildiyi müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR