"Yeni ildən Azərbaycanda yanacağın bahalaşması gözlənilmir"Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə "Report"a Tarif Şurasından məlumat verilib."Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirilib.Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: "SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib".