Bərdə sakini özünü güllələdi

Bərdə sakini özünü güllələdi
Bütün Xəbərlər
16:45 27.01.2014
717

Bərdə sakini özünü güllələyib.AZXEBER.COM-un EL TV-yə istinadən verdiyi məlumata görə, Bərdə rayonu, Xanərəb kənd sakini 1982-ci il təvəllüdlü Elmir Xəlil oğlu Xəlilov özünə odlu silahdan atəş açıb. Yaralı dərhal ailə üzvlərinin köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məumata görə, onun üzərində 6 saatdan çox müddətdə əməliyyat aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR