Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) FaceBazar Şirkətinin dəstəyi ilə 22 sentyabr, 2011-ci il tarixində “Bəs Qarabağ?!” adlı tarixi-elmi gənclər müsabiqəsinin final tədbirini keçirəcək.
Təşkilatdan Azxeber.com-a verilən məlumata görə, final tədbirində iştirakçıların məqalələrindən ibarət “Bəs Qarabağ?!” adlı jurnal təqdim olunacaq. Tədbir ərzində eyni zamanda layihənin 5 finalçılarının mövzuya uyğun son təqdimatlara baxışı keçiriləcək. Tədbirin sonunda müsabiqənin qalibi elan olunacaq.