Bəxtiyar Hacıyev azərbaycanlı gəncə 'Küçük, səni birdəfəlik susduracam' dedi - TƏHDİD
Bütün Xəbərlər
01:18 24.10.2012
2462
“Facebook” sosial şəbəkəsində “Azerbaijan-Azerbaycan” səhifəsinin rəhbəri Emil Məmmədov millət vəkilliyinə eks namizəd Bəxtiyar Hacıyev tərəfindən ölümlə hədələndiyini bildirib. E.Məmmədovun Gün.Az-a verdiyi məlumata əsasən, Bəxtiyart Hacıyev 4 aya yaxındır ki, onu hədələyir: “Mən “Facebook”da 200 mindən çox üzvü olan “Azerbaijan-Azerbaycan” səhifəsinin rəhbəriyəm. Bəxtiyar azadlığa çıxan gündən mənim səhifəmi əlimə keçirmək istəyir. Hətta o bununla bağlı polisə də şikayət etmişdi. Ancaq polis dedi ki, bu qanunsuzdur. Bu günlərdə isə Bəxtiyar yenə mənə təhqir dolu SMS yazıb, orada qeyd edib ki, məni birdəfəlik susduracaq. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Demokratiyadan, söz azadlığından danışan Bəxtiyar mənim səhifəmdə onun haqda yaydığım statuslara görə belə addım atır”. O həmçinin qeyd edib ki, Bəxtiyarın hərbi xidmətdən yayınmasını ifşa etdiyinə görə hədələnir. E.Məmmədov SMS-in mətnini Gün.Az-a və hüquq mühafizə orqanlarına verəcəyini də deyib.